EN

Lukaşenkodan gözlənilməz addım HƏBSDƏKİ RƏQİBİNİ AZAD ETDİ

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Belarus prezidenti Aleksandr Lukaşenko özünün əsas siyasi rəqibi olan Serqey Tixanovskini həbsdən azad edib.

Gununsesi.info xəbər verir ki, Belarus liderinin bu qərarı gözlənilməz olduğu üçün alqışlanıb.

Xatırladaq ki, Sergey Tixanovski 2020-ci il prezident seçkilərində Lukaşenkonun əsas rəqibi hesab olunurdu. Buna görə də Lukaşenko onu həbsə yolladı.

Məhz Serqey həbs olunduğu üçün onun həyat yoldaşı (o vaxta qədər siyasətlə məşğul olmayan) Svetlana Tixanovskaya Belarus müxalifətinin prezidentliyə vahid namizədi oldu. Svetlana xanım seçkilərdə qalib gəlsə də, Lukaşenko nəticələri saxtalaşdırıb özünü prezident elan etmişdi.

Qeyd edək ki, Belarus prezidenti Tixanovskidən başqa daha 13 siyasi məhbusu həbsdən azad edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
icma.az

1Sources