EN

“UFC Döyüş Gecəsi”: Fiziyev və Sadıxov qalib gəldi, Musayev uduzdu FOTOLAR YENİLƏNİR

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı Kristal zalında “UFC Döyüş Gecəsi” start götürüb.

Gununsesi.info xəbər verir ki, gecədə 12 döyüş keçiriləcək:

“UFC Döyüş Gecəsi”

İlkin sıralama

1) Yarım yüngül çəki: İrina Alekseeva (5-2-0, Rusiya) – Klaudiya Siqula (6-2-0, Polşa) – Siqula hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 30:27, 30:27, 30:27. Bu, Alekseyevanın ardıcıl ikinci məğlubiyyəti olub.

2) Yarım orta çəki: Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) – Oban Elliott (12-2-0, Uels) – Sok Hyön Ko qalib gəlib.

3) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) – Muhammad Usman (11-4-0, Nigeriya) – Muhammad Usman hakimlərin qərarı ilə qələbə qazanıb. Hər üç hakim qələbəni nigeriyalı döyüşçüyə verib. Bununla da Usman iki məğlubiyyətdən sonra qalib gəlib və nəticə elan olunduqda göz yaşlarına hakim ola bilməyib. Misirli döyüşçü isə karyerasında ilk məğlubiyyətlə üzləşib.

4)  Yarım yüngül çəki: Melissa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova (9-2-0, Rusiya) – Hazırda bu döyüş keçirilir.

5) Orta çəki: İsmail Naurdiyev (24-7-0, Mərakeş) – Pak Çun Yon (18-6-0, Cənubi Koreya) – Pak Çun Jon qalib gəlib.

6) Super yüngül çəki: Tagir Ulanbekov (16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan) – Tagir Ulanbekov hakimlərin qərarı ilə qələbə qazandı – 29:28, 30:27, 30:27. Bu, rusiyalı döyüşçünün ardıcıl dördüncü qələbəsidir.

Əsas sıralama, döyüşlər saat 23:00-da başlayacaq:

7) Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya) – Nayimov hakimlərin qərarı ilə qələbə qazandı.

8) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, ABŞ) – döyüş başladı

9) Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) – Bleyds hakimlərin qərarı ilə qələbə qazanıb.

10) Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) – Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan) – Musayev ilk raunnda təslim olub. Rəqibi ona ağrıdoğurucu fəndlə qalib gəlib. Bu, Orolbayın karyerasında 14-cü, UFC-də 3-cü qələbəsi olub.

11) Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) – Hakimlər hər üç raundda Fiziyevə 30:27 hesablı üstünlük verib.

12) Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntri Jr (14-6-0, ABŞ).

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
icma.az

10Sources