AZ

ABŞ idmançısı Bakıda Rusiya təmsilçisinə qalib gəlib

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

 Tribunainfo.az-ın məlumatına görə, Körtis Bleyds (ABŞ) Rizvan Kuniyevlə (Rusiya) üz-üzə gəlib.

Ağır çəkidəki qarşılaşma ABŞ təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq.

Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib, Tofis Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.

Seçilən
4
2
tribunainfo.az

10Mənbələr