EN

Müqaviləsi uzadılmadı, azad agent statusu aldı

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk”da ayrılıq baş verib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Yosip Elez Splitilə vidalaşıb.

2021-ci ildə “Hannover”dən ayrılaraq yetirməsi olduğu “Hayduk”a qayıdan 31 yaşlı mərkəz müdafiəçisinin başa çatan müqaviləsi klub tərəfindən uzadılmayıb. Bu səbəbdən Elez azad agent kimi “Hayduk”u tərk edib.

“Zirə” “Hayduk”la ilk oyununu iyulun 23-də “Neftçi Arena”da keçirəcək. Komandaların Xorvatiyadakı cavab matçı bir həftə sonra oynanılacaq.

Chosen
17
1
sportinfo.az

2Sources