EN

Gilces-Aleksander Cordanla Lebronu arxada qoydu

“Oklahoma-Siti” ardıcıl iki oyunda qalib gəlməklə “İndiana” ilə seriyada önə çıxdı.

"Football-plus.az" xəbər verir ki, “Tander”in oyun qurucusu və lideri Şey Gilces-Aleksander 5-ci oyunda 38 dəqiqə meydanda oldu, 31 xal xal topladı, 10 məhsuldar ötürmə verdi. 26 yaşlı ulduz bir pley-offda 30 və daha artıq xal topladığı, minimum 5 ötürmə verdiyi oyunların sayına görə əfsanəvi Maykl Cordan (11) ilə Lebron Ceymsi (11) arxada qoydu. Artıq Şeyin hesabında 12 belə oyun var.

6-cı oyunda “İndiana” inamlı qələbə qazandı. Beləliklə, çempionluğun taleyi 7-ci oyunda həll olunacaq. Həmin oyun iyunun 23-də, Bakı vaxtı ilə səhər saat 4-də başlayacaq.

14 iyun
İndiana – Oklahoma-Siti 104:111 (35:34, 25:23, 27:23, 17:31)
Seriyada hesab – 2:2.

17 iyun
Oklahoma-Siti – İndiana 120:109 (32:22, 27:23, 28:34, 33:30)
Seriyada hesab – 3:2.

20 iyun
İndiana – Oklahoma-Siti 108:91 (28:25, 36:17, 26:18, 18:31)
Seriyada hesab – 3:3.

Chosen
34
1
football-plus.az

2Sources