EN

İlk dəfə! Tramp İranda rejim dəyişikliyini işarə verdi: “Əgər ölkəni dirçəldə bilmirlərsə…”

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın hazırkı hakimiyyətinin ölkəni inkişaf etdirə bilmədiyi təqdirdə rejim dəyişikliyinin labüd ola biləcəyini bəyan edib.

Amerika lideri bu fikri ABŞ mediasına açıqlamasında səsləndirib. Tramp bildirib:
“Rejim dəyişikliyi ifadəsini işlətmək siyasi baxımdan düzgün sayılmır. Amma əgər hazırkı İran rejimi ‘İranı yenidən əzəmətli edə’ bilmirsə, o zaman niyə də dəyişməsin?”

Bu bəyanat Vaşinqtonun Tehrana qarşı artan hərbi və siyasi təzyiqləri fonunda səslənib. Xatırladaq ki, ABŞ-ın son gündə İranın strateji hərbi obyektlərinə endirdiyi zərbələr regionda gərginliyi daha da artırıb. Tramp administrasiyası isə Tehranla yeni razılaşma istəyir, lakin eyni zamanda İranın daxili siyasi sistemini hədəf alan sərt ritorikadan da çəkinmir.

Analitiklər hesab edirlər ki, Trampın bu çıxışı həm İran cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə ciddi siyasi mesaj kimi qiymətləndirilə bilər.

 

Musavat.com

photo_2025-06-23_01-37-43.jpg

Chosen
43
11
musavat.com

10Sources