EN

"Araz-Naxçıvan"dan iki transfer - Çempionlar Liqasına hazırlıq necə gedir?

Məlum olduğu kimi, futzal üzrə Çempionlar Liqasının yeni mövsümündə ölkəmizi "Araz-Naxçıvan" təmsil edəcək. Odu ki, "qırmızı-ağlar" yay fasiləsindən maksimum yararlanmalı və heyətini gücləndirməlidi.

Bu yöndə hadisələrin axarıyla tanış olmaq üçün Muxtar Respublika təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Yerli futzalçılardan "Neftçi"dən Mirzə Əmirov, "Baku Fire"dan Fərid Abbasovu transfer etmişik. Hər ikisi gənc futzalçıdı. Heyətdən Ülvi Əliyev, Emin Kürdov, Əli Həsənzadə və Xəzər Ağalızadəylə danışıq aparmışıq. Onların komandada qalmalarını istəyirik. Özləri də razıdı. Əli Quliyev hərbi xidmətə yollanacağı üçün müqavilənin müddətini uzatmadıq. Legionerlərdən yalnız Covanni ilə yeni anlaşma əldə etdik. Digər əcnəbi futzalçılarla yola davam etməyəcəyik. Qalan oyunçularla bağlı məsələlərə isə hələ aydınlıq gəlməyib. Baş məşqçi Yevgeni Kukseviç həmin futzalçılar haqda son qərarını açıqlamaq üçün vaxt istəyib. Heyətə yeni legionerlərin cəlb edilməsiylə bağlı danışıqlarımız davam edir. Yaxın 5-10 gün ərzində razılığa gəlməyə çalışacağıq".
Xatırladaq ki, naxçıvanlıların Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri iyulun 3-də bəlli olacaq.

KƏNAN BAHADIR
Chosen
13
1
football-plus.az

2Sources