ABŞ Dövlət Departamenti ABŞ-nin Livandakı vətəndaşları və onların ailə üzvlərindən bu ölkəni tərk etmələrini xahiş edib.Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Beyrutdakı səfirliyinin "X" hesabında açıqlama verilib. ABŞ Dövlət Departamenti Livana səyahət xəbərdarlığı etdiyi bildirilib.
ABŞ vətəndaşlarının davam edən regional hadisələr fonunda diqqətli olmağa davam etmələri qeyd edilib.