AZ

ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq etdi: diqqətli olun!

ABŞ Dövlət Departamenti Türkiyədəki vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, bəyanat Departmentin saytında yerləşdirilib.

Bəyanatda Türkiyədə çalışan ABŞ hökuməti işçilərindən Türkiyənin cənub-şərqindəki 22 vilayəti əhatə edən Adana Konsulluğu bölgəsinə şəxsi səfərlərdən çəkinmələri xahiş olunur.

Xəbərdarlığa görə, ABŞ-nin xarici siyasətinə mənfi baxışların artması ABŞ və Qərbin maraqlarına qarşı etirazlara səbəb ola bilər.

ABŞ öz vətəndaşlarını diqqətli olmağa və yerli təhlükəsizlik xəbərdarlığına əməl etməyə çağırıb./modern.az/

Seçilən
16
11
turkustan.az

10Mənbələr