Burak Yılmaz "Kasımpaşa"nın baş məşqçisi vəzifəsindən ayrılıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


39 yaşlı mütəxəssis 2025-ci ilin əvvəlindən bu komandaya rəhbərlik edirdi. Yılmazın rəhbərliyi ilə "Kasımpaşa" ötən mövsüm Türkiyə Super Liqasını 10-cu pillədə başa vurub.


Burak Yılmaz daha əvvəl "Kayserispor"u çalışdırıb və "Beşiktaş"ın baş məşqçisi vəzifəsini icra edib.