ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bərdə rayonunun Xanağalı kənd sakinləri yol problemi ilə bağlı narazılıq edirlər. Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, bir müddət əvvəl kəndin yollarına asfalt örtüyü çəkilsə də, sonradan aidiyyəti qurumlar həmin asfaltı qaşıyaraq çıxarıb. Sakinlər bildirirlər ki, yolun təmir ediləcəyi və yenidən asfaltlanacağı vəd edilib. Lakin aradan bir neçə ay keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir iş görülməyib. "Gəlib dedilər ki, asfalt çəkəcəyik. Asfaltımızı qaşıdılar, bilmirik ki, hara müraciət edək", - deyə kənd sakinlərindən biri vəziyyətdən narazılığını ifadə edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.