EN

ABŞ-ın İrana zərbəsi... – Türkiyədən reaksiya

ABŞ-ın İranın nüvə obyektlərinə hücumu ilə bağlı nəticələrdən narahatıq.

“Bakuinfo” xəbər verir ki, bu, Türkiyənin Xarici İşlər Nazirliyi yayınladığı bəyanatda yer alıb.

Qeyd olunub ki, Türkiyə İsrailin bölgədə təcavüzü ilə başlayan münaqişənin genişlənməsi və təhlükəsizlik mühitinin sabitliyinin pozulması riskinə hər zaman diqqət çəkib. ABŞ-nin bu gün (22 iyun) İranın nüvə obyektlərinə hücumu riski maksimum dərəcədə artırıb.

“Türkiyə ABŞ-nin İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun mümkün nəticələrindən dərin narahatdır. Davam edən hadisələr regional münaqişənin qlobal səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu fəlakətli ssenarinin həyata keçməsini istəmirik.

Biz bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə, hücumları indidən dayandırmağa və daha çox insan itkisi və dağıntıya səbəb ola biləcək addımlardan qaçmağa çağırırıq.

İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardır. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həllin tapılması səylərini dəstəkləməyə çağırırıq”, - bəyanatda bildirilir.

Qeyd olunur ki, Türkiyə bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə və konstruktiv töhfələr verməyə hazırdır.

Chosen
9
20
bakuinfo.net

10Sources