Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyə Prezident Administrasiyası ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsini pisləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə administrasiyanın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun X hesabında yazıb.
O bildirib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri və İsrailin İrana hücumu Yaxın Şərqdə sülh və sabitliyə deyil, xaosa gətirib çıxaracaq yeni bir addımdır:
"ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsi ilə başlayan proses dünyada daha çox radikallaşma və terrorizmə səbəb olduğu kimi, İrana hücumunun da oxşar nəticələr verəcəyi ehtimalı var".
F.Altun əlavə edib ki, ABŞ İsraili dayandırmaq əvəzinə, onun addımlarına dəstək versə, dünyada sülhün təmin olunması daha da çətinləşəcək:
"Biz beynəlxalq ictimaiyyəti məqbul variant ətrafında birləşməyə, regional və qlobal problemlərin həlli üçün diplomatiyaya üstünlük verməyə çağırırıq. Türkiyə olaraq, Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında regionda və dünyada sabitliyi qoruyan, Şərqlə Qərb arasında harmoniyaya təşviq edən siyasi yanaşmamızı davam etdirəcəyik".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.