Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. İyunun 23-də mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 21-22° isti olacaq.