Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.
Belə ki, “Vaz-2104” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.
Qəzada “Vaz-2104” markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 49 yaşlı Natiq Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunub.
Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov


