AZ

Lənkəranda yük və minik avtomobilləri toqquşub- Xəsarət alan var

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford" markalı yük avtomobili, "Vaz-2104" markalı maşınla toqquşub. Qəza nəticəsində "Vaz-2104" markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1976-cı il təvəllüdlü Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
15
Ajans.az

10Mənbələr