EN

Yaponiyada 5,2 bal gücündə zəlzələ olub

BAKI, TurkicWorld

Yaponiyanın cənub-qərbində 5,2 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri Kaqosima prefekturasında yerləşib. Yeraltı təkanların ocağı isə 20 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib. Tsunami təhlükəsi elan olunmayıb.

Chosen
46
turkic.world

1Sources