Bakıda keçirilən UFC Döyüş Gecəsində İqnasio Bahamondesi məğlub edən Rafael Fiziyevin növbəti rəqibi reytinqli döyüşçü olacaq. 

Offsideplus.az xəbər verir ki, bunu mətbuat konfransında UFC-nin prezidenti Deyna Uayt açıqlayıb. 

"Rafaelin növbəti rəqibi özündən, necə hiss etməsindən asılı olacaq. Bəli, o, daha yüksək reytinqli döyüşçülərə qarşı çıxış edəcək”. 

R.Fiziyev isə döyüşmək istədiyini növbəti rəqibinin Den Hukerin olmasını istəyir:

"Den Hukeri növbəti rəqibim kimi görmək istərdim. Hündür oğlanlara qarşı döyüşməyi xoşlayıram. Onun indi bir yeri var, onun tutduğu yeri almaq istəyirəm, əgər ona problem deyilsə".