EN

İki Agentlik arasında əməkdaşlıq görüşü keçirildi

ain.az, News24 portalına istinadən məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib.

News24.az xəbər verir ki, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov və hər iki qurumdan aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak edib.

Sadiq Əliyev Agentliyin fəaliyyət istiqamətləri, sosial cəhətdən həssas qruplardan olan şəxslərin məşğulluğuna dəstək tədbirləri, kvota üzrə işlə təminat, peşə hazırlığı barədə məlumat verib.

Daha sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə təqdimat edilib. Görüş zamanı işə qəbul üzrə tətbiq edilən vahid mexanizmlər, vakansiyaların müəyyənləşdirilməsi meyarları, habelə qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda müzakirə edilən məsələlər üzrə fəaliyyətlərin icrası üçün Təbirlər Planının hazırlanması və iki qurumun əməkdaşlarından ibarət işçi qrupu yaradılması barədə razılığa gəlinib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
3
news24.az

4Sources