EN

Azərbaycan və Pakistan XİN başçıları görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan xarici işlər naziri İshaq Dar ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

Görüş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində baş tutub.

Nazirlər Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçiriblər.

Onlar Azərbaycanın gələn ay İƏT-in Zirvə toplantısına ev sahibliyi etməsi və 2026-cı ildə İƏT-də sədrliyin təhvil verilməsini müzakirə ediblər.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar, İsrail və İran arasında gərginliyin artması ilə bağlı narahatlıqlarını bildiriblər. Pakistan öz vətəndaşlarının İrandan təxliyə edilməsinə köməklik göstərdiyinə görə Azərbaycana bir daha təşəkkür edib.

Chosen
8
5
operativmm.az

10Sources