EN

Qazaxıstan XİN: Yaxın Şərqdəki vəziyyətdən narahatıq

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İrana qarşı son hərbi əməliyyatları fonunda beynəlxalq vəziyyətin pisləşməsindən narahatlığını bildirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“ABÅž-nin İrana qarşı son hÉ™rbi É™mÉ™liyyatları nÉ™ticÉ™sindÉ™ beynÉ™lxalq vÉ™ziyyÉ™t sürÉ™tlÉ™ pisləşir vÉ™ dünyanın bizim hissÉ™sindÉ™ yerləşən dövlÉ™tlÉ™rin tÉ™hlükÉ™sizliyi üçün tÉ™hlükÉ™li nÉ™ticÉ™lÉ™r verir”, - rÉ™smi bÉ™yanatda deyilir.

Xəzəryanı dövlət olan Qazaxıstan İranla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirir və münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayır. XİN-in bəyanatında qeyd olunur ki, bütün fikir ayrılıqları, o cümlədən nüvə məsələləri danışıqlar yolu ilə və BMT nizamnaməsinə ciddi uyğun olaraq həll edilməlidir.

Qazaxıstan tərəfi həmçinin maraqlı ölkələri nüvə silahının yayılmasının qarşısının alınmasına və beynəlxalq nəzarət altında yayılmama rejiminə əməl edən dövlətlər üçün təhlükəsizlik təminatlarının təmin edilməsinə yönəlmiş beynəlxalq saziş hazırlamağa çağırıb.

Chosen
11
5
olke.az

6Sources