EN

Tramp İrana hücumu belə izləyib

Prezident Donald Tramp İranın bombalanmasını Ağ Evdən izləyib.

Amerika Birləşmiş Ştatları İranda Fordo, Natanz və İsfahan nüvə obyektlərini bombaladığını elan edib.

Bu gecə bütün dünyaya deyə bilərəm ki, zərbələr möhtəşəm hərbi uğur olub. İranın əsas nüvə zənginləşdirmə obyektləri tamamilə və bütövlükdə məhv edilib", Tramp çıxışında bildirib.

İsrailin Baş naziri Benjamin Netanyahu da çıxış edib, Trampı zərbələrə görə təbrik edib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Amerikanın İrana zərbələr endirməsi Netanyahunun təbirincə tarixi dəyişəcək.

İranın Xarici İşlər naziri Abbas Ərağçi isə xəbardarlıq edib.

"Bu səhər baş verənlər biabırçılıqdır və nəticələri əbədi olacaq", Ərağçi sosial mediada yazıb.

O həmçinin bildirib ki, İran öz suverenliyini, maraqlarını və xalqını qorumaq üçün bütün imkanlardan istifadə edəcək.

Tramp isə yazıb ki, əgər İran qisas almağa çalışsa, sitat, "bu gecə baş verənlərdən daha böyük qüvvə ilə qarşılaşacaq".

İsrail və İran iyunun 13-dən bəri bir birlərinə zərbələr endirirlər.

Bundan əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Tramp İsrailə qoşulmaq barədə düşündüyünü demişdi.

İranın xarici işlər naziri isə bildirmişdi ki, Amerika Birləşmiş Ştatlarının müharibəyə qoşulması çox-çox təhlükəli ola bilər.

Videonu YouTube kanalımızdan izləyin.

Chosen
23
bbc.com

1Sources