EN

İrandan İsrailə ağır zərbə - yaralıların sayı 86-ya yüksəldi

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hücumlara cavab olaraq, İran İsrailə qarşı raket zərbələri endirib.

Milli.Az xəbər verir ki, "The Times of Israel"in məlumatına görə, həyata keçirilən iki raket hücumu nəticəsində azı 86 nəfər yaralanıb.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın nüvə proqramını hədəf alan hərbi əməliyyata start verib. İranın cavabı isə gecikməyib - ertəsi gün və sonrakı müddətdə tərəflər bir-birinə qarşı qarşılıqlı raket zərbələri endiriblər.

Hər iki ölkə hücumlar nəticəsində insan tələfatı və xəsarətlər barədə məlumat yayıb. Hazırda regionda vəziyyət son dərəcə gərgindir və yeni toqquşmaların baş verməsi istisna olunmur.

Kənan
Milli.Az

Chosen
24
2
milli.az

10Sources