EN

Nazir: “Üfüq” proqramı yeni zirvələr deməkdir"

“Üfüq” proqramı yeni bir baxış bucağı, yeni imkanlar və yeni zirvələr deməkdir.

Aznews.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Yüksəliş” İctimai Birliyi ilə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı bu istiqamətdə mühüm təşəbbüslərdən biridir: “Üfüq” proqramı nazirlik sistemində fəaliyyət göstərən, intellektual və idarəçilik potensialı ilə seçilən əməkdaşlarımızın aşkar olunması, onların inkişaf etdirilməsi və kadr ehtiyatının formalaşdırılması məqsədi daşıyır. Bu proqram bizim üçün sadəcə bir layihə deyil, eyni zamanda aqrar sahədə yeni kadr siyasətinin başlanğıcıdır.

İlk dəfə keçirilən müsabiqədə 2 771 nəfər əməkdaşımız qeydiyyatdan keçmiş, aktiv şəkildə müvafiq mərhələlərdə iştirak edib. Müsabiqənin bütün mərəhələləri-qeydiyyatdan finala kimi tam şəffaf, yüksək peşəkarlıq, obyektivlik prinsipləri əsasında təşkil edilmiş, yekun final mərhələsində isə 205 nəfər əməkdaşımız iştirak hüququ qazanıb".

Chosen
3
4
aznews.az

5Sources