“ABŞ İsfahan, Natanz və Fordoda İranın mülki obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub. Nüvə infrastrukturuna zərbələrin uzunmüddətli nəticələri olacaq.”

Leqal.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

"ABŞ, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, BMT Nizamnaməsini, beynəlxalq hüququn normalarını və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozaraq, İranın dinc nüvə obyektlərinə hücum edib. Bu gün səhər baş verən hadisələr olduqca hiddətləndiricidir və uzunmüddətli nəticələrə səbəb olacaq.", - XİN rəhbəri bildirib.

O, eyni zamanda vurğulayıb ki, BMT-nin qanuni yolla özünümüdafiəsinə imkan verən Nizamnaməsinə uyğun olaraq, İran öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır.

Leqal.info