UFC prezidenti Dana Uayt ötən gecə keçirilən mətbuat konfransında ağır çəki üzrə çempion Con Consun karyerasını bitirdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, D.Uayt bu çəki üzrə UFC çempionunun Tom Aspinall olduğunu bildirib.
Qeyd edək ki, Con Cons UFC-də çempionluq görüşlərində 16 qələbə qazanıb. O, bütün zamanların ən gənc UFC çempionudur (23 yaş). Bundan əlavə, 20 görüşlük məğlubiyyətsizlik seriyası, UFC-də 22 qələbəsi, nokdaunsuz MMA karyerası var.