EN

6,1 bal gücündə zəlzələ bu ölkədə HƏYƏCAN YAŞATDI


Yaponiyanın ən şimalındakı Hokkaydo adası sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar bir gün əvvəl saat 21:23-də (Bakı vaxtı ilə 00:23) təxminən 157 min insanın yaşadığı Kuşiro şəhərindən 173 km şərqdə baş verib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib.



Chosen
20
3
news24.az

10Sources