EN

Ailə büdcəsinin ailə münasibətlərinə təsiri » AzadMedia.az


Evli cütlüyün pula münasibəti ailədə mövcud olan problemlər haqqında çox şey deyə bilər. Bəzən ailə cütlükləri arasında pul intim münasibətlərdən daha çox tabu mövzusuna çevrilir. Buna görə də çox vaxt ailədəki maliyyə məsələləri təcrübi olaraq müzakirə edilmir. Belə qapalılığın nəticəsi bir və ya hər iki tərəfin narazılığının artmasına gətirib çıxarır. Problemlər qarın üstünda dığırlanan qartopu kimi irəlilədikcə böyüməyə başlayır. Sonda isə "partlayış" baş verir və kəskin ailə münaqişəsi yaranır. Belə xoşagəlməz faciələri dəf etmək üçün şəffaf və dürüst ailə büdcəsinin qurulması olduqca vacibdir. İnanmayacaqsınız, amma yoxlamağa dəyər - dürüst ailə büdcəsi bütün ailə üzvlərini barışdıracaq, ailənizdə nikbin stmosfer yaradacaq. Burda sirli heç nə yoxdur, xərc və gəlirləriniz şəffafdırsa, pulun haradan gəldiyini, hara xərcləndiyini və nə qədər ehtiyatınızın olduğununu hamı bilirsə, burada heç bir narazılıqdan söhbət gedə bilməz.

Ailə büdcəsinin idarə edilməsi formasını nəzərdən keçirməklə, hər hansı bir ailənin daxili münasibətləri haqqında ciddi təsəvvürlər yarana bilər. Ona görə də biz evli cütlüklərdə mövcud olan maliyyə idarəçiliyinə yanaşmaları nəzərdən keçirməyi təklif edirik. Həm də hər bir metodun üstünlüklərinə və mənfi cəhətlərinə diqqət yetirin.

Birinci seçim ortaq büdcədir. Hər kəs təxminən eyni qazanır və xərclər haqqında birgə qərarlar qəbul edir. Bu büdcə formasının müsbət cəhətləri ondan ibarətdir ki, hər şey ədalətli və dürüstdür, gəlir və xərclərin reallaşdırılmasında şəffaflıq var ki, bu da müəyyən bir sabitlik yaradır. Bu büdcə formasını tətbiq erməyi bacaran ailələrdə çox nadir hallarda pul mübahisələri müşahidə edilir.
Amma bu büdcə forması da çatışmazlıqlardan xalı deyil. Məsələn, partnyorlardan biri - ər və ya arvadın qazancı azalan kimi narazılıq yaranmağa başlayır. Bir-birinizə sürprizlər və hədiyyələr etmək imkanı daralır və bəlkə də yoxa çıxır. İkili mühasibat uçotunun yaranma riskləri ortaya çıxır.
Lakin ortaq büdcə forması seçildikdə tərəfdaşlardan biri onu idarə edirsə, bir qayda olaraq, maliyyə cəhətdən daha savadlı və etibarlı tərəfdaş pulu idarə edir, bu da pula qənaət etməyə imkan verir. Lakin pulu idarə edən şəxs tərəfdaşını aldadırsa, pul oğurlayırsa, sonda nəzarət nəticəsində oğurluq aşkarlanacaq ki, bu da münasibətlərdə problemlər yaradacaq.
Digər tərəfdən, tərəfdaşın maliyyəsi üzərində tam nəzarət psixoloji zorakılıq, emosional təzyiq riski yaradır. Belə risklərin önlənməsi üçün cütlük birlikdə öz gəlirlərindən sərbəst xərcləməkdən ötrü müəyyən limit təsdiqləyə bilər. Məsələn, hər ay ailə büdcəsindən ər və arvaın hərəsinə 200 manat sorğu-sualsız xərcləmək icazəsi verilə bilər. Məbləğ ailə büdcəsinin gəlirlərindən asılı olaraq dəyişə bilər. Bu cütlüyün razılaşmadından asılıdır.

Belə də ola bilər ki, cütlükdən biri, bizim timsalınızda əsasən ər evə qazanc, yəni pul gətirir, xanım isə gəlir və xərcləri idarə edir. Məsələn, xanım bazarlıq edir, uşaqların qayğısını qalır, xörək bişirir, digər ev işlərini görür, eyni zamanda ailənin gəlir və xərclərinin hesabını aparır, onlərın səmərəliliyinə nəzarət edir. Onu da qeyd edək ki, əksər qadınlar bu işi çox həvəslə icra edirlər.
Bu idarəetmə formasının müsbət cəhətləri ondan ibarətdir ki, əgər kişi ailəni təmin etmək məsuliyyətini öz üzərinə götürərsə, qadın ailənin rahatlığına, uşaqlarına və özünün inkişafına daha çox diqqət yetirə bilər.
Burada çatışmayan cəhətlər kimi qarşılıqlı asılı münasibətlər üçün əsas, maliyyə cəhətdən asılı olan tərəfdaşın intellektual deqradasiyası riskləri göstərə bilərik. Amma bunlar o qədər də ciddi çatışmazlıq deyil, çütlüyün bir-birinə etimadı bunları aradan qaldıra bilər.
Ayrı-ayrı büdcə formasında ailə üzvlərinin hər biri müəyyən gəlir əldə edir, ümumi xərclər ər-arvad arasında bölüşdürülür, pulun qalan hissəsi hər bir tərəfdaşın özündə qalır, hər bir tərəf qalıq pul üzərində müstəqil sərəncam hüququna malik olur, ona öz mülahizəsinə uyğun olaraq sərəncam verir.
Bu idarəetmə formasının müsbət cəhətləri, ədalətlilik, sərbəstlik və spontan hədiyyələr üçün fürsət, hər bir tərəfdaşın özünü təmin etməsi sayıla bilər.
Lakin belə şəraitdə münasibət üçün daha çox cəhd etməlisiniz, çünki partnyorunuzu pulla saxlamaq çətin olacaq. Bu büdcə forması şəraitində ümumi maliyyə məqsədləri barədə razılığa gəlməyi bacarmalısınız. Amma bu çətin və riskli məsələdir.
Ayrı-ayrı büdcə forması seçdikdə sizin münasibətlərinizdə pulun nə qədər vacib rol oynadığının şahidi olacaqsınız.
Pul gücdür və bu sahənin idarə olunduğu prinsip, avtoritar və ya demokratik, ailə münasibətlərinin gələcək inkişafını proqnozlaşdıra bilər.
Biz sizə bir cütlük olaraq pulla münasibətinizə tənqidi nəzər salmağı və bir neçə suala cavab verməyi təklif edirik.
Ailədə pul bölgüsünə münasibətiniz necədir? Məsələn, pula ailədə yaşamaq üçün bir vasitə kimi yanaşılsa daha yaxşı olar.
Əgər pulu münasibətlərdə bir növ sağlamlığın göstəricisi kimi qəbul edirsinizsə, nəyə diqqət yetirirsiniz? Burada söhbət həm fiziki, həm də mənəvi sağlamlıqdan gedir. Pul kifayət qədərdirsə, bundan həm sağlamlığınıza xərcləyin, həm də gəlir və xərcləri durüst aparın ki, ailənizdə sağlam atmosfer yaransın.
Hələ ortağınız yoxdursa, ailə büdcəsini idarə etmək üçün hansı fikirləriniz olduğunu düşünün? Bu çox vacib və həssas məsələdir. Ailəsiz adamlar adətən pulu necə gəldi xərcləyir. Amma siz bütün xərclərinizi nəzarət edib, gəlirinizin qalan hissəsini müəyyən məqsədlər üçün ehtiyata yönəlrsəniz gələcəkdə özünüzü inkişaf etdirməkdə, toy eləməkdə, ev, avtomobil və s. almaqda çətinliyiniz olmayacaq.
Bu suallara hər bir ailə və ya fərd özü özünəməxsus cavab tapmalıdır. Tərəfdaşınızın bu mövzuda eyni fikir və inanclara sahib olması çox vacibdir.
Ailələr daim xərclər, gözlənilməz hesablar və maliyyə məqsədləri ilə məşğul olurlar ki, bu da onları stresli və maliyyə cəhətdən zəif hiss etdirə bilər. Bununla belə, biz özünüzə nəzarəti bərpa etməyə və pulla münasibətimizi dəyişdirməyə kömək edə biləcək güclü bir vasitə ailə büdcəsidir.
Bu, yalnız rəqəmlərdən ibarət bir cədvəl deyil. Ailə büdcəsi təkcə maliyyə imkanlarımızı deyil, həm də ailənizi birləşdirən əlaqələri gücləndirmək potensialına malik bir alətdir.
Ailə büdcəsinin bir sıra əhəmiyyətini diqqətinizə çatdırmaq istərdik.

Maliyyə sabitliyinin təmin edilməsi

Ailə büdcəsi çox vaxt daha parlaq gələcəyə yol açaraq maliyyə sabitliyi və təhlükəsizliyi üçün yol xəritəsi rolunu oynayır. Hərtərəfli büdcə yaratmaqla siz öz gəlirləriniz, xərcləriniz və əmanətləriniz haqqında aydın təsəvvür əldə edirsiniz.
Bu bilik fövqəladə hallar, xərcləmə, qənaət və gələcək hədəflərə vəsait ayırarkən ailənizin ehtiyaclarının ödənilməsini təmin etmək üçün əsaslandırılmış qərarlar qəbul etməkdə sizə kömək edir və sizi gücləndirir.
Büdcə, rast gəldiyiniz hər hansı bir fırtınanın qarşısını almaq üçün bir planınız olduğunu bilərək, maliyyə qeyri-müəyyənliyi vəziyyətlərində dinclik təmin edən təhlükəsizlik şəbəkəsi rolunu oynayır.

Uzunmüddətli və qısamüddətli hədəflərin müəyyən edilməsi

Büdcələmə prosesi sizə ailə olaraq maliyyə məqsədlərinizi müəyyən etməyə və onlara birlikdə nail olmaq istiqamətində işləməyə imkan verir.
İstər xəyal etdiyiniz səyahət səfərləri üçün qənaət etmək, istər yeni ev almaq, istərsə də övladlarınızın təhsilini planlaşdırmaq olsun, büdcə bu istəklər üçün vəsait ayırmağa kömək edir. Ailə büdcəsi məqsədlərinin qoyulması, ailə daxilində məqsəd və istiqamət hissi ilə irəliləyişin izlənilməsi prosesi formalaşdırır.
Büdcənin hazırlanması prosesinə bütün ailəni cəlb etməklə, hər kəs sahiblik hissi və məqsədlərə sadiq qalmaq üçün motivasiya qazanır.
Bu əməkdaşlıq yanaşması ortaq məqsəd hissini gücləndirir və ümumi vizyona doğru işləyərkən ailə bağlarını gücləndirir.

Uşaqlarınıza maliyyə məsuliyyəti öyrədin

Övladlarınız üçün verə biləcəyiniz ən böyük hədiyyələrdən biri pulu səmərəli idarə etmək üçün bilik və bacarıqlardır. Büdcə prosesində onların iştirakına nail olmaqla siz onlara maliyyə məsuliyyəti haqqında dəyərli dərslər almaq imkanı yaradırsınız.
Uşaqlar erkən yaşlarından büdcə anlayışını dərk edə və sağlam xərcləmə vərdişlərini inkişaf etdirə bilərlər.
Uşaqları ailə büdcəsinin maliyyəsi ilə bağlı müzakirələrə daxil etməklə, onlar pulun dəyərini və düşünülmüş maliyyə seçimləri etməyin vacibliyini daha dərindən dərk edirlər.
Bu, onları nəinki əsas həyat bacarıqları ilə təchiz edir, həm də pul haqqında açıq və dürüst söhbətlər vasitəsilə valideyn-övlad münasibətlərini gücləndirir.

Büdcə tərtibində şəffaflığa can atmaq

Ailə büdcəsi ailə daxilində açıq ünsiyyəti və şəffaflığı təşviq edir. Büdcə ilə bağlı müntəzəm görüşlər ailə üzvlərinə maliyyə məsələlərini müzakirə etmək, narahatlıqlarını ifadə etmək və birgə, komanda olaraq qərarlar qəbul etmək üçün platforma yaradır.
Bu, etimad və əməkdaşlıq mühiti yaradır, hər kəsə öz ideya və təkliflərini irəli sürnək imkanı verir. Bu müzakirələr vasitəsilə siz açıq dialoq və problemlərin həlli mədəniyyətini inkişaf etdirərək, yaranan istənilən maliyyə münaqişələrini və ya problemləri həll edə bilərsiniz.
Bir komanda olaraq birlikdə işləyərək, siz təkcə maddi vəziyyətinizi yaxşılaşdırmır, həm də ailə daxilində etimad və birgə qərarların qəbuluna əsaslanan daha güclü bağlar qurursunuz, yetkin komandaya çevrilirsiniz.

Maliyyə intizamı tərbiyəsi

Büdcə tərtib etmək intizam və özünə nəzarət, maliyyə intizamındən kənara çıxmamaq keyfiyyətlər tələb edir. Büdcəyə əməl etdikdə, siz nizam-intizamı inkişaf etdirirsiniz və güclü məsuliyyət hissini inkişaf etdirirsiniz.
Bu xüsusiyyətlər iş, təhsil və şəxsi münasibətlər kimi həyatın digər sahələrinə müsbətə təsir göstərən dalğalanma xususiyyətinə malikdir. Ailənizə maliyyə intizamını aşılamaqla siz yaxınlarınıza gələcək illər üçün fayda verəcək dəyərli həyati bacarıqlar verirsiniz.
Büdcənin tərtibi prosesi səbri, gecikməyən məmnuniyyəti və məsuliyyətli qərar qəbul etməyi öyrədir, ailə üzvlərini müasir maliyyə mənzərəsinin mürəkkəbliklərində hərəkət etmək üçün lazım olan biliklərlə təchiz edir.

Stressi azaldır və rifahınızı yaxşılaşdırır

Maddi narahatlıqlar ailə daxilində əhəmiyyətli stress mənbəyi ola bilər. Büdcələşdirmə nəzarət və proqnozlaşdırıla bilmə hissini təmin etməklə o stressi azaltmağa kömək edir. Hazır bir büdcə ilə siz borcunuzu azalda, gələcək xərcləri planlaşdıra və qənaətə üstünlük verə bilərsiniz.
Maliyyə narahatlıqları azaldıqca, ailə üzvləri birlikdə şən və dəyərli vaxt keçirməyə, emosional bağları gücləndirməyə və rifah halının yaxşılaşmasına diqqət yetirə bilərlər.
Maliyyə çətinliklərinin öhdəsindən gəlmək üçün bir planınız olduğunu bilmək sizə təhlükəsizlik və əmin-amanlıq hissi gətirir, sizə həyatın təklif etdiyi sevincləri və imkanları tam şəkildə qəbul etməyə imkan verir.

Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.
Chosen
20
1
azadmedia.az

2Sources