EN

İkinci əl geyimlərlə birgə "alınan" xəstəliklər

Son illərdə ikinci əl geyimlərə tələbat kəskin şəkildə artıb.

Publika.az xəbər verir ki, bu, təkcə bu cür mağazalarda malların daha ucuz olması ilə deyil, həm də brend geyimlər tapmaq istəyilə izah olunur. Lakin belə alış-verişin təhlükələrini də unutmaq olmaz.

Məlum olduğu kimi, geyinilmiş paltarlar sahibinin bədənindən mikrobları, göbələkləri, virusları udur.

Əgər əşyalar satışdan əvvəl və satın alındıqdan sonra kifayət qədər dezinfeksiya edilməzsə, bütün bu mikroflora yeni sahibinə miras qala bilər.

Xüsusilə, istifadə olunan əşyaların tərkibində stafilokokk infeksiyalarına səbəb olan bakteriyalar, papilloma kimi viruslar var.

Chosen
16
publika.az

1Sources