EN

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

Türkiyənin "Kanal D" efirində izlənmə rekordu qıran “Əşrəf Röya” dizisinin baş rol ifaçısı Demet Özdemir filmdə rol alan aktyor Kərəm Alp Kabulun toy mərasimində nikah şahidi qismində iştirak edib. 

Sherg.az xarici mətbuata istinadən bildirir ki, aktyor Kərəm Alp Tuğçe Bozkurtla evlənib. Onun serialda birlikdə çalışdığı tanınan aktrisa Demet Özdemir isə cütlüyün toy şahidi olub. Aktyor Kərəm Alp Kabulla sevgilisi Tuğçe Bozkurt 8 illik münasibətdən sonra evlilik qərarı verib. Cütlüyü bu xoşbəxt gündə ailə üzvləri və sənət aləmindən çoxlu dostları müşayiət edib. Mərasimə Demet Özdemirlə yanaşı Rabia Soytürk də qatılıb. Sənət dostları aktyoru bu özəl günündə tək qoymayıb. Xoşbəxtliyə “hə” deyən sevgililərin nikah şahidi olan gözəl aktrisa Özdemir füsunkar görünüşü ilə hamını heyran qoyub. Onun toy mərasimindən etdiyi paylaşım sosial şəbəkələrdə bəyənilib. 

Chosen
10
1
sherg.az

2Sources