EN

Qalatasaray İlkay Gündoğan ilə anlaşıb?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

''Qalatasaray'' Leroy Sanenin ardından daha bir ulduz futbolçunu heyətinə qatmaq üçün çalışmalarını davam etdirir. Fransadan bu mövzuda yeni mühüm bir xəbər gəlib. Belə ki, ''Ekip'' nəşrinin iddiasına görə Türkiyə çempionu ''Mançester Siti''nin ulduzu İlkay Gündoğan ilə apardığı danışıqlarda bir xeyli irəliləməyə müvəffəq olub. Hətta tərəflər arasında müqavilənin şərtlərində anlaşma da əldə olunub. Ancaq Türkiyə mətbuatının iddiasına görə hələ anlaşma əldə olunmayıb və yalnız İlkay Gündoğanın baş məşqçi Okan Buruk ilə görüntülü danışmasından sonra bir çox suallara aydınlıq gələcək. İlkayın ''Siti'' ilə hələ birillik müqaviləsi qaldığına görə təbii ki, klublar arasında da anlaşma olmalıdı. Ancaq belə güman olunur ki, 34 yaşlı futbolçu ''Siti'' rəhbərliyinə ayrılmaq istədiyini bildirsə, klub ona təzminat məsələsində ciddi problem yaratmayacaq. ''Qalatasaray'' İlkay ilə paralel olaraq digər tanınmış futbolçu Hakan Çalhanoğlu ilə də danışıqları davam etdirir. Amma bu məsələdə durum bir qədər fərqlidi. Çünki ''Siti''dən fərqli olaraq ''İnter'' Türkiyə yığmasının kapitanının satışından ciddi gəlir əldə etməyi planlaşdırır. Milanlılar 35-40 milyon avro tələb edirlər. Son xəbərlərdə bildirilir ki, Hakan ''İnter'' rəhbərliyi ilə danışaraq bu məbləği 15 milyon avro çərçivəsinə endirmək istəyir. Amma bunun qarşılığında təcrübəli yarımmüdafiəçisi ''Cim-Bom''dan yüksək maaş tələb edir. Belə görünür ki, bu yay ya İlkay Gündoğan, ya da Hakan Çalhanoğlu (bəlkə də ikisi birdən) ''Qalatasaray''ın futbolçusuna çevriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
icma.az

2Sources