Azərbaycan təmsilçisi Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirndə qələbə qazanması ilə bağlı fikirlərini bölüşüb.
"Report"un məlumatına görə, o, görüşdən sonra açıqlama verib.
MMA döyüşçüsü bunları deyib:
"Bu millətə bağlıyam. Onlar qalib gəldilər. Yaşasın Azərbaycan. Bu azarkeşlərin qarşısında uduza bilməzdim. Bu xalq daha xoşbəxt olmağa və yaşamağa layiqdir".
Qeyd edək ki, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesi məğlubiyyətə uğradıb.