Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.
"Report"un məlumatına görə, Körtis Bleyds (ABŞ) Rizvan Kuniyevlə (Rusiya) üz-üzə gəlib.
Ağır çəkidəki qarşılaşma ABŞ təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb.
“UFC Fight Night”ın əsas döyüşündə ABŞ döyüşçüləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq. Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib, Tofis Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.