EN

NBA ulduzu PSJ-nin kiçik paya sahib səhmdarı oldu

NBA-nın basketbol ulduzu, “Finiks Sanz”ın və ABŞ yığmasının 36 yaşlı hücumçusu Kevin Dürant PSJ-nin kiçik paya sahib səhmdarı olub.

Arena.az bu barədə PSJ-nin mətbuat xidmətinə isrinadən məlumat verir.

Paris klubunun rəsmi saytında bildirilib ki, PSJ-nın əsas səhmdarı və sahibi “Qatar Sports Investments” şirkəti, Kevin Dürant və onun şirkəti “Boardroom Sports Holding”lə strateji əməkdaşlıq çərçivəsində sərmayədarlıq müqaviləsi imzalayıb.

Xatırladaq ki, PSJ cari mövsümdə iştirak etdiyi bütün yarışlarda zəfər əldə edib. Fransa nəhəngi ölkə çempionluğunu, ölkə kubokunu, ölkə super kubokunu, həmçinin Çempionlar Liqasını qazanıb. Hazırda PSJ 2025-ci il FIFA Klub Dünya Kubokunda çıxış edir. Fransa nəhəngi tarixən ən uğurlu dövrünü yaşayır.

Chosen
14
arena.az

1Sources