EN

Ukrayna Rusiyaya qarşı bir aylıq təzyiq kampaniyasına BAŞLAYACAQ

Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik korpusa Rusiyaya qarşı, xüsusilə iqtisadi sahədə və silah istehsalının məhdudlaşdırılması ilə bağlı bir aylıq təzyiq tətbiq etməyi tapşırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Sibiqanın sözlərinə görə, Ukraynanın diplomatik əlaqələri bütün səylərini səfərbər edəcək. Bu, xüsusən gələn həftə keçiriləcək mühüm tədbirlər - Aİ və NATO sammitləri ərəfəsində baş verəcək.

Bizim.Media

Chosen
8
bizim.media

1Sources