ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İran, iki ölkə arasında münaqişənin kəskinləşəcəyi təqdirdə, İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə hücum etməyi düşünür.
“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı yüksəkrütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
“Münaqişə yeni səviyyəyə qalxarsa, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər”, – o qeyd edib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Ardınca İran adekvat cavab tədbirləri görüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.