ABŞ B-2 bombardmançı təyyarələrini Sakit okeandakı Quam adasına köçürür.
APA xəbər verir ki, bu haqda “Reuters” iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
ABŞ rəsmiləri bildiriblər ki, prezident Donald Tramp ABŞ-ın İsrailin İrana qarşı zərbələrində iştirak edib-etməyəcəyini fikirləşir.
Bombardmançıların yerləşdirilməsinin Yaxın Şərqdəki gərginliklə bağlı olub-olmadığı bəlli deyildi.
Qeyd edək ki, B-2 bombardmançısı 30 min funtluq (12285 kq) “GBU-57 Massive Ordnance Penetrator” bombasını daşımaq qabiliyyətinə malikdir ki, bu da yerin dərinliklərindəki hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur.
Ekspertlərin fikrincə, bu silah İranın nüvə proqramına, o cümlədən Fordoya zərbə vurmaq üçün istifadə edilə bilər.