EN

İranda 400-dən çox ÖLƏN VAR

İsrailin hücumları başlayandan bəri İranda 400-dən çox insan həlak olub. 3000-dən çox sakin xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Hüseyn Kermanpur sosial şəbəkədə bildirib.

Yaralılardan 2200 nəfər artıq xəstəxanalardan evə buraxılıb. 232 nəfərə yerindəcə tibbi yardım göstərilib. 

O, ölənlərin əksəriyyətinin mülki şəxs olduğunu bildirib.

Qeyd edək ki, İsrail iyunun 13-də İrana qarşı əməliyyata başlayıb. Tehran buna cavab olaraq İsrail şəhərlərini pilotsuz uçuş aparatları və ballistik raketlərlə vurub. Dünən İsrailin müdafiə naziri orduya İrana qarşı zərbələri gücləndirməyi əmr edib .

Chosen
10
1
modern.az

10Sources