EN

Qurban Qurbanovun UFC-də fanatları ilə səmimi anları - VİDEO

Bu gün Bakıda keçirilən UFC tədbiri təkcə döyüş həvəskarlarını deyil, həm də tanınmış simaları bir araya gətirib. Tədbirdə iştirak edən Qarabağ FK-nın sabiq baş məşqçisi, futbol dünyasının sevilən siması Qurban Qurbanov fanatların diqqət mərkəzində olub.

Tərəfdarların istəklərini geri çevirməyən Qurbanov onlarla səmimi şəkillər çəkdirib və hər kəslə gülümsəyərək görüşüb. Bu anlar tədbirə əlavə rəng qatıb və sosial şəbəkələrdə geniş maraq doğurub.

Qeyd edək ki, UFC-nin Bakıda keçirilməsi döyüş idmanlarına olan marağın artdığını bir daha sübut etdi. Qurban Qurbanovun fanatlarla olan bu səmimi görüntüləri isə tədbirin ən yaddaqalan anlarından biri oldu.

Vüsal

Chosen
12
bakuinfo.net

1Sources