EN

İrlandiya İsrailə qarşı konkret addımlar atmağa çağırdı

İrlandiya baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Saymon Harris Avropa İttifaqını İsrailə qarşı konkret addımlar atmağa çağırıb.Metbuat.az xəbər verir ki, o sosial mediada hesabına belə yazıb. Harris paylaşımında Avropa Birliyinin İsrail Tərəfdaşlıq Müqaviləsini nəzərdən keçirməsinə toxunub və əldə edilən nəticələrdən məmnun olduğunu qeyd edib. Onun sözlərinə görə, İsrailin hərəkətlərinə qəti qarşılıq verilməlidir. O, “İsrailə qarşı etdiyi pozuntulara görə konkret addımlar atılmalıdır. Ölümlərə son qoymaq üçün hərəkətə keçməliyik. Dünya ac uşaqların böhranını görməməzlikdən gələ bilməz. Bunun real nəticələri olmalıdır” - deyə bildirib.

Qeyd edək ki, Avropa ictimaiyyətinin çağırışlarından sonra Avropa İttifaqı Hollandiyanın təklifi ilə İsraillə Assosiasiya Sazişini nəzərdən keçirib. Bildirilib ki, İsrail mövcud razılaşmanın beynəlxalq hüquqa uyğunluq tələbini pozub. Qanun pozuntularına misal olaraq Qəzzanın humanitar blokadası, xəstəxanalara hücumlar, Fələstin əhalisinin məcburi köçkün edilməsi, kütləvi həbslər, əsassız həbslər, işğal olunmuş Fələstin torpaqlarının qəsb edilməsi və israillilərin zorakılığı daxildir.

Chosen
11
metbuat.az

1Sources