EN

 “İran danışıqlara hazırdır" - Pezeşkian

"İran nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləmək üçün dialoq aparmağa hazırdır, lakin bu proqramdan tamamilə imtina etmək niyyətində deyil".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

"Biz dinc nüvə enerjisi sektorunda etimadı gücləndirmək üçün dialoq və əməkdaşlığa hazırıq. Lakin nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacağıq", - deyə İran prezidenti bəyan edib.

Pezeşkian qeyd edib ki, Tehran istənilən dialoqu və ya danışıqları alqışlayır, lakin yalnız respublikanın qanuni hüquqlarına hörmətlə yanaşılmasını da gözləyir.

Chosen
6
1
manset.az

2Sources