EN

Qusar Rayon İcra Hakimiyyətində kadr təyinatları həyata keçirildi

Azərbaycanın “Dövlət Qulluğu haqqında” Qanununa əsasən, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən göstərdiyi səy, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, vəzifə borcuna və andına sadiqlik dövlət tərəfindən hərtərəfli qiymətləndirilir.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Əliyulla Elbrus oğlu Nəcərov Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
 

Qusar Rayon İcra Hakimiyyətində digər kadr təyinatları da həyata keçirilib. Aparatın əməkdaşı Samir Şair oğlu Kəlbiyev Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş daxili müsahibədən uğurla keçərək informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə layiq görülüb.


Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində də yeni təyinatlar həyata keçirilib. Belə ki, Zeynal Şixrəhim oğlu Əsgərov Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, Radik Səlimbəy oğlu Vəlibəyov isə Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin olunublar.

Bu təyinatlar icra hakimiyyətinin yerlərdə vətəndaşlara daha operativ, səmərəli və çevik xidmət göstərilməsi məqsədinə yönəlmiş kadr siyasətinin davamıdır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Chosen
16
bizim.media

1Sources