EN

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlandı - Təbiətə 159 min manatlıq ziyan dəyib

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindənson bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakışəhəri, Biləsuvar və Salyan rayonlarının inzibati ərazisindəyaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Ekoloji TəhlükəsizlikXidmətinin məlumatında deyilir.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonuM.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, Nizami rayonu 2527-ci məhəllədə,“Qismət-M House” MTK tərəfindən təmir-bərpa işləri aparılan sahədəağacların kəsilməsi müəyyənləşdirilib.

Biləsuvar rayonu ərazisində və Salyan rayonunun Sarvan kəndindədə ağac və kolların qanunsuz kəsilməsi aşkar edilib. Faktlarlabağlı yaşıllıqlara ümumilikdə 158 970 manat məbləğində ziyandəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayəttərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçüntoplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçünhazırlanır.

Chosen
10
17
az.trend.az

10Sources