EN

“Qarabağ” transfer bazarında... Tanınmış menecerdən maraqlı AÇIQLAMALAR - VİDEO

“Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində qonaq olan “QOLAT Sport Services & Football Agency”nin direktoru Səid Bağırov maraqlı açıqlamalarla diqqət çəkib.

O, Elçin Cəfərovun aparıcısı olduğu efirdə transferlərdə üzləşdikləri maneələrdən danışıb, Azərbaycan futbolu haqda beynəlxalq agentlərlə aparılan müzakirələrdən söz açıb.

Bu zaman Xüsusilə “Qarabağ”ın Avropada uğurlu çıxışlarından bəhs edildiyini vurğulayan menecer klubun strategiyasının düzgün qurulmasına diqqət çəkib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
12
4
sportinfo.az

10Sources