AZ

Xanımı onun "Neftçi"dən ayrılmasına qarşı çıxdı!

"Neftçi"nin legioneri Andrey Ştoqrinin həyat yoldaşı Mariya Ştoqrina Bakıya vurulub.

O, ərinin buradan ayrılmasına qarşı çıxıb.

Xanım Andreyin ən azı daha 1 il ağ-qara formanı geyinməsini istəyib. Bildirib ki, paytaxtımız onun çox xoşuna gəlib və başqa yerə köç etmək niyyətində deyil.

Ötən ilin yayında Roman Qriqorçukun istəyi ilə komandaya cəlb olunan ukraynalı cinah oyunçusunun “Neftçi” ilə müqaviləsi davam etsə də, Samir Abasovun gələcək planlarına daxil deyil.

Ştoqrinə bu barədə çoxdan məlumat verilib. Di gəl, ukraynalı Azərbaycanı tərk etmək barədə düşünmür.

Niyə?

Ukraynadakı müharibə şəraitinə görə.

Andrey özünün və sevgilisinin sağlamlığını təhlükə altına atmaq istəmir. Vətənə qayıdaraq futbol oynamağın təhlükə riskini yaxşı dərk edir.

Bu səbəbdən hətta maaşının müəyyən mənada azaldılmasına da razıdır. Təki Azərbaycanda qalsın, yenidən qurulan “Neftçi”də oynasın.

Odur ki, tərəflər ortaq məxrəcə gəlməkdə çətinlik çəkir. Abasov insani hislərə qapılıb Ştoqrini başa düşsə də, mümkün uğursuzluq riskini də göz önünə alır.

Növbəti mövsümdə planlarına daxil olmayan heç bir futbolçunun komandada qalmasını istəmir.

Mariya Ştoqrina da bu ayrılğa qarşıdır. O, ərinə təzyiq göstərir ki, "Neftçi"də qalsın.

Gözəlçə Ukrayna mediasına son açıqlamasında da həyat yoldaşının “Neftçi”yə keçid barədə xəbər tutanda verdiyi ilk reaksiyadan danışıb:

"Azərbaycandan təklif bizim üçün tamamilə gözlənilməz oldu. Biz artıq məişətimizi qaydaya salmışdıq və köçmədən bir ay əvvəl bizim üçün vacib olan bir qərar verdik.

Yəqin ki, hər şeyi qabaqcadan bilsəydik, bu qərarı verməzdik. Açığını desəm, bir həftə ağladım (gülür).

Bütün həyatım Odessada idi: məktəbdə müəllim işləyirdim, dostlarım, ailəm var idi, dolu-dolu bir gündəlik həyatım vardı. Bütün bunlardan imtina etmək çox çətin idi".

O, Andrey üçün bu qərarı verməyin olduqca çətin olduğunu, lakin həmin dövrdə onu dəstəklədiyini deyib:

"Çətin idi, çünki bu, tamamilə yeni bir şey idi. Bu, Ukraynadakı başqa bir şəhər deyildi ki, hər şey tanış olsun.

Mənim dəstəyim ondan ibarət idi ki, o, futbolla məşğul olurdu, mən isə köçümüz və məişət məsələləri ilə.

Mən hələ bir ay ərzində pişiyimiz üçün sənədləri hazırlayırdım, əşyaları toplayırdım, bütün işlərimizi bağladım və yalnız bundan sonra onun yanına gəldim.

Mariya Azərbaycana necə uyğunlaşmalarından da bəhs edib:

"Şikayət etməyi xoşlamıram. Bəli, çətin idi, amma öyrəşdik. Bir çox məişət məsələləri Odessaya nisbətən daha mürəkkəb oldu.

Şəhər çox gözəldir! Bura köçəndə təsəvvür belə etmirdim ki, bu qədər gözəl ola bilər.

Düşünürdüm ki, hansısa bir kəndə gedirəm. İndi isə kiməsə Bakının gözəlliyini danışıram, heç kim inanmır (gülür).

Yaşadığımız ərazi də Odessada yaşadığımız yerə çox bənzəyir, bu da uyğunlaşmağımıza həqiqətən kömək edir.

Hər zaman evdə yeyirik, çünki onların yeməklərinə öyrəşə bilmədim. Bakıda ümumiyyətlə daha çox “ev adamı” olduq".

SPORTİNFO.AZ

Seçilən
10
1
sportinfo.az

10Mənbələr