EN

“Fənərbağça” məşhur hücumçu ilə danışıqlara BAŞLADI

"Fənərbağça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Əl-Nəsr"də çıxış edən Con Durandır. Bu barədə "Haber Global" məlumat yayıb.

"Fənərbağça" kolumbiyalı futbolçu ilə danışıqlara başlayıb. Türkiyə klubu 21 yaşlı hücumçuya maaş və icarə haqqı birlikdə 16 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Əl-Nəsr" Con Duranı bu ilin yanvar ayında "Aston Villa"dan transfer edib. Kolumbiya millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 18 oyunda 12 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
45
50
bizim.media

10Sources