EN

Robert Levandovskinin “Barselona”dan ayrılacağı tarix müəyyənləşib

Bakı, 21 iyun, AZƏRTAC

İspaniyanın "Barselona" komandasının futbolçusu Robert Levandovski gələcək karyerası barədə qərar verib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı hücumçu 2026-cı ilin yayında başa çatacaq müqaviləsinin sonuna kimi Kataloniya təmsilçisində qalacaq.

Polşalı forvard bundan sonra isə karyerasını Səudiyyə Ərəbistanı klublarının birində davam etdirəcək. Onun artıq adı açıqlanmayan ərəb klubu ilə razılığa gəldiyi iddia olunur.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edir.

Chosen
59
32
azertag.az

10Sources