EN

Qəzzada ölənlərin sayı 56 minə yaxınlaşıb

BAKI, TurkicWorld

İsrail ordusunun Qəzza zolağına 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi intensiv hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı durmadan artır.

TurkicWorld xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin iyunun 21-də yaydığı açıqlamaya görə, son 48 saatda 202 nəfər həyatını itirib, 1037 nəfər yaralanıb.

Beləliklə, ümumi ölüm sayı 55 min 908-ə, yaralı sayı isə 131 min 138-ə çatıb.

Nazirliyin məlumatına əsasən, 19 yanvarda əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu 18 martdan bəri Qəzzaya yenidən hücumlara başlayıb. Bu dövrdə daha 5 min 599 fələstinli ölüb, 19 min 97 nəfər isə yaralanıb.

Açıqlamada həmçinin vurğulanıb ki, 27 may tarixindən bu yana ABŞ və İsrailin dəstəyi ilə yaradılan “Qəzza Humanitar Yardım Fondunun” bölgədəki yardım paylama nöqtələrində həyata keçirdiyi hücumlarda 450 nəfər ölüb, 3 min 466 nəfər yaralanıb.

Qəzzada minlərlə insanın hələ də dağıntılar altında olduğu və real itkilərin daha yüksək ola biləcəyi bildirilir.

Chosen
47
turkic.world

1Sources