EN

İranda İsrail kəşfiyyatı ilə əlaqəli 9 nəfər həbs edildi

İranda İsrail kəşfiyyatı ilə əlaqəli 9 nəfər həbs edildi

İranın Buşehr əyalətində İsrail kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu və ictimaiyyəti təşvişə salan fəaliyyətlərdə iştirak etdiyi iddia edilən 9 nəfər saxlanılıb.

Tesnim Xəbər Agentliyinin məlumatına görə, Buşehr Polis İdarəsinin rəisi Haydar Süsəni mövzu ilə bağlı açıqlama verib.

Süsəni bildirib ki, aparılan təqib və araşdırmalar nəticəsində ictimaiyyəti təşvişə salmaq və cəmiyyətin psixoloji təhlükəsizliyini hədəfləyərək İsrailə dəstək verdikləri müəyyən edilən 9 nəfər saxlanılıb.

İranlı rəsmisi əlavə edib ki, tutulmuş şəxslər məhkəməyə təqdim olunub.

Chosen
9
afn.az

1Sources