EN

Kartlardan yenə oğurluq edildi

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İyunun 20-də vətəndaşların bank kartlarından 8160, 800, 425, 397, 200, 185, 85, 73 manat və 920, 32 dollar məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz", məlumatda deyilir.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
9
olke.az

10Sources